Azərbaycanın “Mir”dən istifadəsinə dair rəsmi məlumat yoxdur - İqtisadçı

15:53 24.09.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın “Mir” ödəniş sistemindən istifadə edib-etmədiyinə dair rəsmi məlumat yoxdur.

Bu fikirləri hafta.az-a Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli bildirib

“Amma Azərbaycanın Rusiya ilə geniş iqtisadi əlaqələri var. Bildiyiniz kimi, sanksiyalar çərçivəsində Rusiyanın bank sistemi SWİT-dən ayrıldı. Bundan sonra Rusiya alternativ "Mir” ödəniş sistemini yaratdı. Moskva alternativ bank sistemi yaratmaqla özünə müttəfiq ölkələrlə "Mir”sistemi vasitəsilə ödənişlər həyata keçirirdi. Təbii ki, Azərbaycanla Rusiya arasında bank əlaqələri kəsilərsə, bu ölkələrimiz arasında idxal-ixrac əməliyyatları, mal mübadiləsi prosesini bir qədər çətinləşdirəcək”.

Oxunma sayı 2589