Azərbaycanın müdafiə nazirinin İrana səfəri başlayıb

12:10 25.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqerinin dəvəti ilə yanvarın 25-dən Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin İran İslam Respublikasına səfəri başlayıb.

Müdafiə Nazirliyindən hafta.az-a verilən xəbərə görə, Müdafiə naziri general-polkovnik Z. Həsənovun İranın bir sıra dövlət rəsmiləri ilə görüşü və tədbirlərdə iştirakı planlaşdırılır.

Oxunma sayı 31
Siyasət rubrikasından digər xəbərlər