Azərbaycanın ölümcül döyüş pilotsuzları - RUS TEXNİKASININ QƏNİMİ

15:39 31.10.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Amerikanın Popular Mechanics jurnalı yazır ki, Ermənistanın Dağlıq Qarabağda istifadə etdiyi Rusiya hava hücumundan müdafiə sistemləri köhnəlib və etibarsız olub.

Hafta.az xəbər verir ki, nəşrin iddialarına görə, Rusiya silahları Azərbaycanın sahib olduğu Türkiyə (Bayraktar TB2) və İsrailin (Harop) pilotsuz təyyarələrinə qarşı dura bilməyib.

Jurnal yazır ki, Dağlıq Qarabağdakı son münaqişə zamanı Rusiyanın hava hücumundan müdafiə vasitələri “Azərbaycanın ölümcül döyüş pilotsuz təyyarələrini aşkar etməkdə etibarsız olduğunu sübut etdi".

Popular Mechanics qeyd edir ki, Dağlıq Qarabağda Bayraktar TB2 Ermənistanın ixtiyarında olmayan elektron müharibə (EW) vasitəsilə dayandırıla bilərdi.

Nəşr etiraf edir ki, pilotsuz texnologiyadan istifadə müasir müharibədə inqilab vəd edir. “Əgər ABŞ və ya NATO nə vaxtsa Rusiya, Çin və ya İranla müharibəyə cəlb olunarsa, onlar da oxşar imkanlarla üzləşəcəklər”, - deyə jurnal yekunlaşdırır.