Yazını böyüt
Yazını kiçilt
Dünən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycanla Çexiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.

Hafta.az-ın yazdığına görə, Çexiyanın ölkəmizdəki səfiri Milan Sedlaçek və xarici işlər nazirinin müavini Fariz Rzayev ölkələrimiz arasında dostluğa və strateji tərəfdaşlığa əsaslanan əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıblar.

Tədbirdə həmçinin Çexiyanın baş nazir Petr Fialanın azərbaycanlı həmkarı Əli Əsədova və xarici işlər naziri Yan Lipavskinin həmkarı Ceyhun Bayramova ünvanladığı təbrik məktubları oxunub.

Xatırladaq ki, Azərbaycanla Çexiya arasında diplomatik əlaqələr 1993-cü il yanvarın 27-də qurulub.