Azərbaycanlı alimlərin məqalələri yüksək impakt faktorlu jurnallarda dərc edilib 

13:25 13.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun Fiziki və fiziki-kimya tədqiqatlar şöbəsinin müdiri, kimya elmləri doktoru, professor Rəna Cəfərova, Spektroskopik analiz laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru Ülviyyə Yolçuyeva və aparıcı elmi işçi, kimya üzrə fəlsəfə doktoru Mətləb Xamiyevin birlikdə apardıqları tədqiqatların nəticələrinə həsr olunmuş məqalələri yüksək impakt faktorlu “Petroleum Science and Engineering” (ELSEVİER) və “Applied Petrochemical Research” (Springer) jurnallarında dərc edilib.

Bu barədə hafta.az-a institutdan məlumat verilib. Bildirilib ki, məqalələrdə yüksəkhəssaslıqlı spektral cihazların (UB-, İQ-, NMR-, xromato-kütlə spektrometrlər) və lüminessensiya metodunun kompleks tətbiqi ilə xam neftin aromatik komponentlərinin fiziki-kimyəvi, spektral-lüminessent xassələrinin, struktur-qrup tərkiblərinin tədqiqindən bəhs edilir. Həmçinin işıq şüalarının təsiri ilə neftin tərkibində baş verən dəyişikliklərin öyrənilməsi, eləcə də onlarda gedən fotokimyəvi proseslərin mexanizmlərinin araşdırılması və tətbiqi barədə məlumat verilir.

Xatırladaq ki, impakt faktoru 3,7 olan “Petroleum Science and Engineering” (ELSEVİER) və “Applied Petrochemical Research” (Springer) jurnalları “Web of science” beynəlxalq elmi bazasına daxildir.

Oxunma sayı 128