Azərbaycanlı idmançı Rusiya vətəndaşlığından məhrum edildi

23:06 16.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanlı MMA döyüşçüsü Cavid Rzayev Rusiya vətəndaşlığından məhrum edilib.

Hafta.az bildirir ki, Oxu.Az bu barədə "WarDonbass" "Telegram" kanalına istinadla xəbər verir.

Onun rusiyalıların ünvanına guya təhqiramiz ifadələr işlətməsindən sonra Rusiya pasportundan məhrum edildiyi bildirilir.

Xatırladaq ki, o ötən ilin iyulunda Moskvada keçirilən turnirdə rusiyalı idmançını məğlub edib. Bundan sonra Rzayev digər idmançı Artur Kulinski ilə mübahisə edərək onu "rus donuzu" adlandırıb.

Daha sonra o, Kulinskidən üzr istəyib və bununla rus xalqını təhqir etmək istəmədiyini də bildirib.