“Azərsu”nun sədr müavini Qaxda vətəndaşlarla görüşüb

15:24 26.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov noyabrın 25-də Qax şəhərində Qax və Şəkidən olan vətəndaşlarla görüşüb.

ASC-dən hafta.az-a bildirilib ki, qəbuldan əvvəl “Azərsu”nun sədr müavini və Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi düzərək Ulu Öndərin əziz xatirəsini ehtiramla anıblar.

Qax Şəhəri Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Qax və Şəkidən olan 29 nəfər iştirak edib. Vətəndaşların müraciətləri içməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub. Müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.

Oxunma sayı 2886