Azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən şəxs həbs edilib - YENİLƏNİB

18:10 02.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sosial şəbəkələrdə Sabirabadda şəxsin azyaşlıya qarşı hüquqazidd hərəkətləri ilə bağlı prosessual tədbirlər görülür.

Bu barədə hafta.az-a DİN Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Görüntülərdəki şəxs, Sabirabad rayonu Qaratəpə kənd sakini 64 yaşlı Mərdan Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunub.

Fakta görə rayon polis şöbəsində cinayət işi başlanıb, M.Hüseynov həbs edilib.

Fakta görə başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

*** 16:34

Sabirabad rayonunda azyaşlıya qarşı əxlaqsız hərəkət etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Hafta.az xəbər verir ki, həmin görüntülərdə əks olunan şəxsin Qaratəpə kənd sakini, 64 yaşlı M.Hüseynov olduğu müəyyən edilib və o, polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.