Bağ evindən 10 min avro oğurlanıb

14:17 02.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 30-da Mərdəkan qəsəbəsi bağlar yaşayış sahəsindəki evlərin birindən 10 min avro oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, oğurluqda şübhəli bilinən Şirvan şəhər sakini A.Nəsirova müəyyən edilərək saxlanılıb.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.