İraqın paytaxtı Bağdadda koronavirus xəstələri üçün nəzərdə tutulmuş xəstəxanada baş vermiş yanğın zamanı ölənlərin sayı 90-a çatıb.
Hafta.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı özəl mənbələrə istinadən məlumat yayıb.
*** 17:37
Aprelin 24-də gecə saatlarında Bağdadda COVID-19 xəstələrinin müalicə olunduğu İbn Əl-Xatib xəstəxanasında oksigen balonunun partlaması nəticəsində baş vermiş yanğında həyatını itirənlərin sayı 82-yə çatıb.
Hafta.az xarici mətbuata istinadən bildirir ki, bu barədə İraqın Daxili İşlər Nazirliyi məlumat yayıb.
İraqın İnsan Hüquqları Komissiyasının sədri Əli Bayati bildirib ki, ölən pasiyentlərin 38-i süni nəfəs aparatına qoşulmuş COVID-19 xəstələridir. Onun sözlərinə görə, faciə yerində ölkənin Baş nazirinin tapşırığı əsasında yaradılmış təhqiqat komissiyası işləyir.