Bahar Ukraynada hücum planlarını poza bilər

10:39 28.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukraynada yağış və erkən yaz münaqişənin hər iki tərəfinin irəliləyişinə mane ola bilər, çünki hava ölkənin şərqindəki əkin sahələrini palçığa çevirib. Bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin məlumatına görə, yaz Rusiya və Ukrayna Silahlı Qüvvələrinin Ukrayna ərazisinə hücum planlarını poza, yolları çaylara, əkin sahələrini keçilməz bataqlığa çevirə bilər.

Nəşr onu da bildirir ki, Donetskdə təmas xətti yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin əsgərləri qəfil dəyişmiş hava şəraiti donmuş zəmini yumşalddıqdan sonra “çirkli səngərlərdə çöküblər”.