Bahar yatağında qaz hasilatı artıb 

15:58 16.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin üçüncü rübündə Azərbaycanın Bahar yatağında qaz hasilatı gündə orta hesabla 19,4 milyon kub fut olub ki, bu da 2020-ci ilin ikinci rübünə nisbətən gündə təxminən 0,6 milyon kub fut çoxdur.

Bu barədə hafta.az layihəni törəmə şirkəti BEOC vasitəsi ilə idarə edən ABŞ-ın "Greenfields Petroleum" şirkətinə istinadən xəbər verir.

Şirkətin verdiyi məlumata görə, hasilat əsasən IX üfüqdə BH169 quyusunun uğurla yenidən qurulması hesabına artıb.