Yazını böyüt
Yazını kiçilt
Bu gün axşam saatlarında “Nar” və “Bakcell” şəbəkələrində yaranmış texniki nasazlıq aradan qaldırılıb.
Hafta.az xəbər verir ki, bu barədə mobil şirkətlərdən bildirilib.
Qeyd olunub ki, şəbəkə xidmətlərində yaranan çətinlik bütün ölkə ərazisində tamamilə aradan qaldırılıb.
Qeyd edək ki, bu gün axşam saatlarında “Bakcell” və “Nar” mobil operatorlarında şəbəkə problemi yaranıb. Problem texniki xarakterli olub.
Mobil operatorların şəbəkəsində texniki nasazlıq səbəbindən abunəçilərin rabitə və data xidmətlərinə çıxışı məhdudlaşdırılıb.