Bakı avtobuslarında bank kartları ilə ödəniş mümkün olacaq

12:29 20.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda avtobuslarda bank kartları vasitəsilə ödəniş etmək mümkün olacaq.

Hafta.az  xəbər verir ki, bunu bu gün "K Group" MMC-nin ("BakiKart"ın operatoru) direktoru Orxan Bayramov avtobuslarda nağdsız ödənişlər üçün yeni mobil tətbiqin təqdimatı ilə bağlı keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə iş aparılır.

 

"Bu ilin sonuna kimi "BakıKart"ın aktiv olduğu marşrutlarda bu funksiya aktiv fəaliyyət göstərəcək", deyə o qeyd edib.