Bakı-Moskva reysinin təcili eniş edən təyyarəsinin sərnişinin vəziyyəti orta ağırdır

16:44 31.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün səhər saatlarında Bakıdan Moskvaya uçan təyyarə təcili olaraq Volqoqrad hava limanına eniş edib.

Hafta.az Rusiya KİV-inə istinadən xəbər verir ki, sərnişinlərdən birinin halı pisləşib.

İndi onun vəziyyəti orta ağırdır. 62 yaşlı təqaüdçü xəstəxananın Kardiologiya şöbəsinə köçürülüb.

Sərnişin Almaniyada yaşayan Azərbaycan vətəndaşıdır.