Bakı-Qəbələ-Bakı qatarlarının hərəkət qrafikinə dəyişiklik edilir

11:59 17.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fevralın 17-dən martın 17-nə kimi Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlar həftənin həm şənbə, həm də bazar günləri hər iki istiqamətdə fəaliyyət göstərəcək.

Azərbaycan Dəmir Yollarından (ADY) hafta.az-a bildirilib ki, qatarlar saat 07:30-da Bakı Dəmiryol Vağzalından Qəbələyə, saat 19:00-da Qəbələdən Bakıya hərəkət edəcəklər.