Bakı-Sumqayıt yolundakı qəzanın TƏFƏRRÜATI

13:25 02.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı-Sumqayıt yolundakı qəzanın təfərrüatı açıqlanıb.

Bu barədə hafta.az-ın sorğusuna cavab olaraq, Baş DYP İdarəsindən bildirilib.

Qeyd edilib ki, avqustun 2-si saat 11 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 29-cu kilometrliyində Hüseynov Nazim Kazım oğlunun Bakı-Sumqayıt ekspres marşurut xətti üzrə idarə etdiyi “NEOPLAN” markalı, 99-JH-667 dövlət qeydiyyat nişanlı avtobus qarşıda gedən Yunusov Adil Şəmil oğlunun idarə etdiyi, 42 nömrəli marşurut xətti üzrə hərəkətdə olan “İSUZU” markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.

Vurğulanıb ki, toqquşmadan sonra “İSUZU” markalı avtobus yoldan çıxaraq aşıb və nəticədə 1 nəfər sərnişin hadisə yerində həyatını itirib.

Əraziyə yol polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.