Bakıda 18 yaşlı oğlanı maşın vurdu

09:39 02.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Xəzər rayonununda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Hafta.az-ın məlumatına görə, Mərdəkan qəsəbəsində avtomobil yolu keçən 2006-cı il təvəllüdlü Məmmədov Tunar Fariz oğlunu vurub.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

 

Hadisənin təfərrüatı araşdırılır.