Bakıda 2 qadın vəhşicəsinə döyülüb - Foto

16:27 04.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünən 2 qadın fiziki zorakılığa məruz qalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Kəmalə Ağazadə məlumat yayıb.

Onun sözlərinə görə, qadının biri içki düşkünü olan atası və qardaşı tərəfindən 7 yaşlı övladının gözü qarşısında döyülüb: “Qadın 37-ci Polis Bölməsi tərəfindən Sosial Xidmətlər Agentliyinin Sosial Sığınacağına yerləşdirilənədək müvəqqəti Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində reabilitasiya keçəcək.

Digər qadın da gecə saatlarında əri tərəfindən fiziki zorakılığa məruz qalaraq evdən qovulub. Daxili İşlər Nazirliyi Qaradağ rayonu 10-cu Polis Bölməsində şikayət ərizəsi var, ekspertizadan da keçirilib. Hazırda mühafizə orderinin alınması üçün qadını Qaradağ Rayon İcra Hakimiyyətinə yönləndirmişik”.

Hər iki faktla bağlı ərazi üzrə polis bölmələrində araşdırma aparılır.