Bakıda 2 silahlı şəxs yaxalandı

11:34 13.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 12-də 33 cinayətin üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsindən hafta.az-a verilən məlumata görə, onlardan 9-u əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Narkotiklərlə əlaqəli 5, quldurluq üzrə 1, silah-sursat üzrə 2, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 13 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 29 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 5 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Oxunma sayı 70