Bakıda 21 yaşlı gənc dəm qazından ÖLDÜ

09:14 27.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda 21 yaşlı qız dəm qazından ölüb.

Hafta.az xəbər verir ki, hadisə dünən axşam saatlarında paytaxtın Yasamal rayonunda baş verib.

Belə ki, 2003-cü il təvəllüdlü Xanım İmanova kirayə yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.