Bakıda 33 yaşlı kişi anasını qətlə yetirdi

10:30 20.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda 57 yaşlı qadın qətlə yetirilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyulun 20-də saat 08 radələrində paytaxtın Qaradağ rayonu Ümid qəsəbəsində 1967-ci il təvəllüdlü Şükürzadə Aybəniz Məhəmməd qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən oğlu, 1991-ci il təvəllüdlü Şükürzadə Kamran Etibar oğlu saxlanılıb. O, polisə könüllü gəlib.

Faktla bağlı araşdırma aparılır.