Bakıda 40 yaşlı qadın öldürüldü - Oğlu saxlanıldı

11:18 04.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda dəhşətli cinayət törədilib. 

Hafta.az “Lent.az”a istinadən xəbər verir ki, hadisə noyabrın 3-ü saat 23 radələrində Şüvəlanda qeydə alınıb. 

Yardımlı rayon sakinləri, 20 yaşlı Sadiq Beybudlu kirayədə yaşadığı Şüvəlan qəsəbəsindəki evdə anası, 40 yaşlı Zəminə Beybudlunun ayağına bıçaqla xəsarət yetirməsinə, sonra boynunu sındıraraq öldürməsinə əsaslı şübhələr yaranıb. 

Daha sonra anasının tanışı 39 yaşlı Elvin Allahverdiyevin əlinə taxta parçası ilə xəsarət yetirib.

Sadiq Beybudlu şübhəli şəxs qismində saxlanılıb və prokurorluğa təhvil verilib.