Yazını böyüt
Yazını kiçilt
Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində ağaclıq ərazidə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub. İlkin məlumata görə, yanğın nəticəsində 1 ədəd şam ağacı və 20 kv.m sahədə quru ot yanıb.