Bakıda ağır yol qəzası - 1 ölü, 1 yaralı

23:20 22.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, hadisə Bakı-Ələt yolunun 40-cı kilometrliyində qeydə alınıb.

Belə ki, Rəşad Rəhmanovun idarə etdiyi "İsuzu" markalı yük maşını arxadan 10-GE-202 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobili vurub. Hadisə nəticəsində "VAZ 2107" markalı avtomobilin sürücüsü xəsarət alıb, maşında olan sərnişin isə vəfat edib.

Faktla bağlı araşdırma aparılır.