Bakıda akademiya tələbəsinin ölümü ilə bağlı cinayət işi başlandı

17:24 23.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda tələbə dəm qazından boğulub.

Hafta.az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda baş verib.

Göyçay rayonunun Çərəkə kənd sakini, Azərbaycan Rəssamlıq Akademiyasının tələbəsi, 2001-ci il təvəllüdlü Babayeva Lalə Niyaməddin qızının Nərimanov rayonu, A. Heydərov küçəsi 21, mənziul 9-da kirayədə qaldığı evin hamam otağında meyiti tapılıb.

Meyit müayinə edilərkən müəyyən edilib ki, L. Babayeva dəm qazından boğulub.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci( Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.