Hafta.az-ın yazdığına görə. artıq beşinci dəfə təşkil olunan “FantazEU” Mədəni İrs Festivalı çərçivəsində keçirilən sərginin məqsədi azərbaycanlıları əsrlərdən gələn Avropa ənənəvi geyimləri ilə tanış etməkdir.

Bugünki sərgidə Çexiya, Bolqarıstan, Latviya, Almaniya, Litva, Rumıniya, Polşa və Slovakiya səfirlikləri fərqli tarixi dövrlərə aid adət-ənənələrini və mədəni təcrübəsini əks etdirən milli geyimlərini təqdim ediblər.
Aİ-nin ölkəmizdəki səfiri Peter Mixalko çıxış edərək bildirib ki, milli geyim millətin tarixinin əksidir.

"O, sosial-iqtisadi, mədəni-tarixi, təbii-coğrafi amillərin təsiri altında formalaşır. Məhz buna görə də milli geyim müxtəlif ölkələrin mədəniyyətini öyrənmək üçün mənbəyə çevrilir. Ümid edirik ki, sərgi Azərbaycan ziyarətçilərinə Aİ-yə üzv ölkələrin milli mədəniyyəti və folkloru haqqında daha çox məlumat əldə etməyə kömək olacaq”, - diplmat qeyd edib.
Sərgi 27-30 noyabr tarixlərində saat 11.00-dan 17.00-dək Zeynalabdin Tağıyev adına Milli Azərbaycan Tarixi Muzeyində (Hacı Zeynalabdin Tağıyev küçəsi 4) tamaşaçılar üçün pulsuz açıq olacaq.