Yazını böyüt
Yazını kiçilt
Binəqədidə avtomobil təmiri sexində yanğın olub.
Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Bakı şəhərinin Binəqədi rayonunda bir dam altında tikilən, ümumi sahəsi 1800 m² olan avtomobil təmiri sexinin (anbar və 7 ədəd boksdan ibarətdir) 2 boksunun yanar konstruksiyaları 144 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.