Bakıda bu yollarda sıxlıq müşahidə edilir - SİYAHI-FOTO

09:21 20.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının bir sıra yollarında sıxlıq müşahidə edilir.

Hafta.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla bildirilib ki, hazırda yollardakı vəziyyət belədir:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);

3. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;

4. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

5. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;

6. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.