Bakıda ev yanıb

19:22 01.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hafta.az-a FHN-dən verilən məlumata görə, Bakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yataqxana binasının beşinci mərtəbəsində ümumi sahəsi 12 m² olan bir otağın yanar konstruksiyaları, ümumi sahəsi 20 m² olan digər otağın yanar konstruksiyaları 10 m² sahədə və dəhliz 20 m² sahədə yanıb.

Yanğın zamanı 3 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Digər mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.