Bakıda hoteldən və avtomobildən oğurluq edən iki nəfər saxlanıldı

23:14 21.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın Səbail rayonu ərazisində yerləşən hotellərin birindən kondisioner, iki ədəd televizor, kombi aparatı oğurlanıb və nəticədə zərərçəkənə ümumilikdə 10 min manata yaxın maddi ziyan dəyib.

Hafta.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, 35 yaşlı D.Göycəyev müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, Binəqədi rayonunda qeydə alınan oğurluq hadisəsi zamanı isə bir nəfərə məxsus "Chevrolet" markalı avtomobildən 290 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 46 yaşlı S.Baxşiyev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.