Bakıda İNVEST in DUBAİ  biznes tədbiri keçirilib

15:00 26.12.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki səfirliyi Dubay Ticarət Palatasının Bakı ofisi ilə əməkdaşlıq çərçivəsində İNVEST in DUBAİ  biznes tədbiri keçirib.

Hafta.az-ın yazdığına görə, tədbirdə BƏƏ-in Azərbaycandakı səfiri Məhəmməd əl-Bluşi  ölkəsinin nailiyyətləri barədə məlumat verib, Azərbaycandan olan iş adamlarını BƏƏ-in hər bir əmirliyindəki investisiya fürsətlərindən faydalanmağa dəvət edib.

İnvestemirates.ae portal barədə danışan səfir,  BƏƏ-in beynəlxalq ticarətdəki rolunu qeyd edərək, bildirib ki, BƏƏ-də 10 mülki hava limanı, 105 karqo şirkəti, 12 kommersiya limanı fəaliyyət göstərir.

Səfir həmçinin, BƏƏ Mərkəzi Bankı və İslam bank xidmətləri barədə də ətraflı məlumat verib.