Yazını böyüt
Yazını kiçilt
Bakıda 83 yaşlı kişi nəvəsi ilə küçədə gecələyir. Bunu Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib.
Onun sözlərinə görə, uşağın anası narkotik aludəçisidir.
“Biz güman edirik ki, yaşlı kişinin psixi problemləri var. 2 yaşlı uşaq hər zaman yatır. Hər ikisi gecə saatlarında Nərimanov rayonu ərazisində tapılıb”, - deyə Ağazadə bildirib.
O qeyd edib ki, hər ikisi Kürdəmir rayonundandır. Baba bir vaxtlar Kürdəmir məktəblərindən birinin direktoru olub. Hazırda Birlik həmin şəxslərin yaxınlarını axtarır. Haqqın.az