Bakıda mağazadan oğurluq edənlər tutulub

14:41 07.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mağazadan oğurluq edənlər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, Səbail Rayon Polis İdarəsi  9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 2596 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş A.Həsənov və C.Rüstəmov saxlanılıblar.