Yazını böyüt
Yazını kiçilt
Bakının Nəsimi rayonunda mənzildə yanğın hadisəsi baş verib.
Hafta.az xəbər verir ki, yanğın Cəlil Məmmədquluzadə küçəsində qeydə alınıb. Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Mühafizə Xidmətinin maşınları və əməkdaşları əraziyə cəlb edilib.
Əraziyə polis əməkdaşları cəlb edilib. İlkin məlumata görə, bir nəfər xəsarət alıb. Yanan binanın sakinləri təxliyə edilib.