Bakıda mənzildən 4 min manatlıq oğurluq edilib 

12:59 27.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda mənzildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 25-də rayon ərazisindəki evlərin birindən 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Rəhimzadə saxlanılıb.

Araşdırma aparılır.