Bakıda oğurluq edən bacılar tutulub

12:42 11.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda oğurluq edən bacılar saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi və Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində müxtəlif vaxtlarda 4 nəfərin çantasından pul və sənəd oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar D. Ağammədova və bacısı F. Ağammədova saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.