Rus mədəniyyəti festivalı çərçivəsində “Balaqan” klubunda 2023-cü ildə fəaliyyətin yekunlaşdırılmasına və Bakıdakı Rus evinin gənclər təşkilatları ilə əməkdaşlığına həsr olunmuş “Rus qışı” tədbiri keçirilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən hafta.az-a bildirilib ki, 2023-cü ilin yekunlarına görə Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov tərəfindən “VTB Azərbaycan” Bankı, Azərbaycanın Rus Gəncləri Assosiasiyası, “Yaşlek” Azərbaycan-Tatar Gəncləri Mərkəzi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Dillər Universitetinin bazasında “Rossiyevedenie” Mərkəzi, Bakı Dövlət Universitetinin bazasında “Russkiy mir” Fondunun şöbəsi, Zaqulba FM, Beynəlxalq Muğam Mərkəzi, “Davam” Gənclər Hərəkatı və “Suvar” Ləzgi Xalq Mahnı və Rəqs Ansamblı təltif edilib.
“Qraal” art-dueti – “Moskovskaya operetta” teatrının aparıcı solistləri Maksim Katıryov və Yuliya Qonçarovanın, “Ecstasy Baku” kaver qrupu və vokalçı Anna Lebonun iştirakı ilə konsert təşkil olunub.
Tədbirin qonaqları gənclər, ictimai və dövlət təşkilatlarının, Rusiya xarici idarələrinin, mədəni və tədris müəssisələrinin nümayəndələri, yaradıcı xadimlər, jurnalistlər və Rus evinin gənclər proqramlarının iştirakçıları olub.