Bakıda silah aşkarlandı

22:57 20.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda küçədən silah tapılıb.

Hafta.az xəbər verir ki,  silah Sabunçu rayonu Ş.Əzizbəyov küçəsi 22 ünvanında aşkarlanıb. Belə ki, Zabrat qəsəbə sakini, 1991-ci il təvəllüdlü Əliyev Valid Həvasət oğlu həmin ünvandakı zibil yeşiyindən kağıza bükülü silah aşkar edib.

Hüquq mühafizə orqanları əməkdaşlarını apardığı araşdırma zamanı müəyyən edilib ki, tapılan silah 1973-cü ilin istehsalı olan "Makarov" markalı tapançadır və üzərindəki sandıqçada 3 ədəd patron var.

Faktla bağlı araşdırma aparılır.