Bakıda Taekvondo üzrə Səfir Kuboku keçirilib

11:19 13.06.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Abşeron Olimpiya İdman Kompleksində Koreyanın ölkəmizdəki səfirliyi və Azərbaycan Taekvondo Federasiyasının birgə təşkilatçılığı ilə 2022-ci il Taekvondo üzrə Səfir Kuboku keçirilib.

Hafta.az-ın yazdığına görə, COVİD-19-la əlaqədar 3 illik fasilədən sonra keçirilən yarışda 200-dən çox taekvondo ilə maşğul olan gənc iştirak edib.

Tədbirin açılışında Koreyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li In-yonq və Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov da daxil olmaqla bir sıra rəsmilər iştirak edib. 

Açılışda çıxış edən səfir taekvondonun insanı həm fiziki, həm də əqli baxımdan inkişaf etdirərək gücləndirən idman növü olduğunu deyib. Taekvondonu öyrənən gənclərin Koreyaya maraq göstərərək sevəcəklərinə və bunun da ikitərəfli münasibətlərin inkişafına təsir edəcəyinə ümid etdiyini bildirib.

O həmçinin əlavə edib ki, Taekvondo üzrə Dünya Çempionatının 2023-cü ildə Bakıda keçirilməsini səbirsizliklə gözləyir və təşkilatçılara uğurlar arzulayır.