Bu gün Azərbaycan Premyer Liqasında 21-ci tura yekun vurulub.
Hafta.az xəbər verir ki, son oyun günündə 2 matç keçirilib.
Əvvəlcə "Qəbələ" öz meydanında "Keşlə" ilə qarşılaşıb və bərabərə qalıb - 1:1.
Digər oyunda isə "Zirə" "Neftçi"nin qonağı olub. Bu görüş də eyni hesabla başa çatıb. Oyunun sonları isə dramatik məcrada keçib. "Zirə" matçın 88-ci dəqiqəsində hesabı açıb. Meydan sahibləri isə 90+5-də penaltidən bərabərlik qolunu vurub.
3 aprel
Azərbaycan Premyer Liqası, 21-ci tur
“Neftçi” – “Zirə” - 1:1
Qollar: Ahmed Ayzaya, 88 (0:1), Tiaqo Bezerra, 90+5 -pen.(1:1)
Qırmızı vərəqələr: Coşqun Diniyev, 60 ("Zirə", ikinci sarı vərəqə), Eddi Esrafilov, 77 ("Neftçi", ikinci sarı vərəqə)
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli
“Bakcell Arena”
“Qəbələ” – “Keşlə” - 1:1
Qollar: Merab Qiqauri, 32 (0:1), Omar Hani, 47 (1:1)
Qırmızı vərəqə: Tərlan Quliyev, 51 ("Keşlə")
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Kamran Bayramov, Namiq Bəkirov
Qəbələ şəhər stadionu