Bakıda xeyli sayda ekspres avtobus tıxacda qaldı

12:20 02.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ekspres xətlər üzrə xeyli sayda avtobus tıxacda qalıb.

Hafta.az-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib. Onun sözlərinə görə, sözügedən avtobuslar Heydər Əliyev prospektindən şəhər istiqamətinə hərəkət edənlərdir:

"Hazırda Heydər Əliyev prospekti (şəhər istiqamətində) köməkçi yolda, tunelin girişində tıxac müşahidə olunur. Bu səbəbdən də həmin istiqamətdə hərəkət edən müntəzəm və ekspres xətlər üzrə xeyli sayda avtobus tıxacda qalıb".