Bakıda yaşayış binasında elektrik sayğacları yanıb

19:03 17.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının xarici divarına quraşdırılan elektrik lövhəsində 21 ədəd elektrik sayğacı və 97 p.m kabel yanıb.

FHN-nin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, yaxınlıqdakı obyektlər və yaşayış binası yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.