Bakıda yaşayış binasında yanğın

15:43 04.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Hafta.az FHN-ə istinadən xəbər verir ki, binanın 4-cü mərtəbəsində ümumi sahəsi 33 m² olan 2 otaqlı mənzilin mətbəxində əşyalar qismən yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavan 2 m² sahədə qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.