Bakının bir hissəsində su yoxdur

09:55 08.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kür-Bakı magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

 

“Azərsu” ASC-dən hafta.az-a verilən məlumata görə, əraziyə qəza briqadaları və xüsusui texnika cəlb olunub, qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

 

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Oxunma sayı 742