Bakının bu rayonunda su olmayacaq

16:08 03.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının bu rayonunda su olmayacaq.

"Azərsu" ASC-dən hafta.az-a verilən məlumata görə, Bakı şəhəri Nizami rayonu ərazisində su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 03 mart 2020-ci il tarixində axşam saatlarınadək Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.