İran İordaniyadakı ABŞ hərbi bazasına zərbə endirib

09:30 13.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyada yerləşən ABŞ hərbi bazasına raket və pilotsuz uçuş aparatları ilə zərbə endirdiyini bildirib.

Hafta.az xəbər verir ki, SEPAH-ın açıqlamasında hücum nəticəsində bazadakı sursat anbarları və yanacaq çənlərinin alovlandığı iddia olunub.

Bildirilib ki, İordaniyaya endirilən zərbələr davam edən “qisas əməliyyatının” ilk mərhələsidir.

Hadisə ilə bağlı ABŞ və İordaniya tərəfindən rəsmi açıqlama verilməyib.