İranın cənubunda partlayışlar baş verib

09:03 13.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranın cənub sahilində, Bəndər-Abbas və Sirik şəhərləri yaxınlığında 10-dan çox partlayış baş verib.

Hafta.az xəbər verir ki, ölkənin cənubundakı liman şəhərlərində bir neçə dəqiqə ərzində partlayış səsləri eşidilib. Hadisənin səbəbi hələ müəyyənləşdirilməyib.

İran dövlət televiziyası da Qeşm adasında partlayışlar barədə məlumat yayıb.

Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı daha əvvəl İrana qarşı yeni zərbələrə başlanıldığını açıqlayıb./“Fars”/