ABŞ İranın qanadlı raket və PUA-sını vurub

09:12 13.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ ordusu Hörmüz boğazı istiqamətində buraxıldığı bildirilən İranın bir qanadlı raketini və bir pilotsuz uçuş aparatını (PUA) vurub.

Hafta.az xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü Tim Hokinsə istinadla məlumat yayıb. Bildirilib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazında kommersiya gəmiçiliyi marşrutu istiqamətində atəş açıb. ABŞ qüvvələrinin bir qanadlı raketi və bir PUA-sını zərərsizləşdirdiyi qeyd olunub.

Qeyd edək ki, CENTCOM daha əvvəl ABŞ-nin İrana qarşı yeni zərbələrə başladığını açıqlamışdı.