Bakının bu yollarında tıxac var

09:39 06.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

 

Mərkəzdən hafta.az-a bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.

 

Sıxlıq olan yolların siyahısını təqdim edirik:

 

1. Bakı-Sumqayıt şosesində - Xocəsən yolu ilə kəsişmədən Bakı Beynəlxalq Avtovağzalın qarşısına qədər;

 

2. Moskva prospektində - Bakı Beynəlxalq Avtovağzalın qarşısından 20 Yanvar dairəsinə qədər - əsas və kənar yolda;

 

3. Binəqədi şosesində - mərkəz – “Azadlıq prospekti” metrostansiyası istiqamətində Biləcəri - “Baksol” yolu ilə kəsişməyədək;

 

4. Rövşən Mustafayev küçəsində - 20 Yanvar dairəsindən başlayaraq əsas yolda Ziya Bünyadov prospekti istiqamətində;

 

5. Həsən bəy Zərdabi prospekti – Məhəmməd Xiyabani küçəsi ilə kəsişmədən 20 Yanvar dairəsinə qədər sıxlıq;

 

6. Tbilisi prospektində - 20 Yanvar dairəsi istiqamətindən başlayaraq, Abdulvahab Salamzadə küçəsi ilə kəsişməsinə qədər, şəhər istiqamətində;

 

7. Ziya Bünyadov prospektində - Bakı Olimpiya Stadionunun yanından Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, 20 Yanvar dairəsi istiqamətində;

 

8. Abbasqulu Ağa Bakıxanov küçəsi – İzmir küçəsi ilə kəsişmədən Səməd Vurğun küçəsi ilə kəsişməyədək Türkiyə səfirliyi istiqamətində sıxlıq

 

9. Koroğlu Rəhimov küçəsinin akademik Həsən Əliyev küçəsi ilə kəsişməsindən, Heydər Əliyev prospekti istiqamətində;

 

10. Aeroport şosesi – Yeni Ramana yolu ilə kəsişən hissədən mərkəz istiqamətində Heydər Əliyev prospekti ilə kəsişməyədək sıxlıq;

 

11. Heydər Əliyev prospektində - “Koroğlu” metrostansiyasının qarşısından 5 saylı ASAN Xidmət Mərkəzinin qarşısına qədər kənar yolda;

 

12. Xətai prospekti – Tələt Şıxəliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti ilə kəsişməyə qədər;

 

13. Yusif Səfərov küçəsində - Xocalı prospekti ilə kəsişməsindən başlayaraq, hər iki istiqamətdə Heydər Əliyev prospekti və Cavanşir körpüsü istiqamətində 28 May küçəsi ilə kəsişməyə qədər;

 

14. Qara Qarayev prospekti – Şirin Mirzəyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti ilə kəsişməyə qədər;

 

15. Şəmsi Bədəlbəyli küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən, Rəşid Behbudov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq müşahidə olunur.

 

Qeyd edilir ki, 10-12 iyun tarixlərində baş tutacaq 2022-ci il Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq, 6 iyun gecə saat 01:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi əsas küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq. Hərəkət 14 iyun səhər saatlarından etibarən bərpa olunacaq.